General Hüseynov vəzifəsindən azad olundu
Cəmiyyət
464
13:20, Bu gün

General Hüseynov vəzifəsindən azad olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.
 
Moderator.az “Bakupost”a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.
 
Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.
 
2023-cü ildən isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.
Link kopyalandı!
Son xəbərlər