Xankəndidə III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir
Cəmiyyət
238
11:28, Bu gün

Xankəndidə III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir

Xankəndi şəhərində Üçüncü Milli Şəhərsalma Forumu (NUFA3) öz fəaliyyətinə başlayıb.
 
Moderator.az xəbər verir ki, 17 oktyabradək Xankəndi və Bakıda keçiriləcək forum dayanıqlı şəhərsalma və inkişafın təşviqinə həsr olunacaq.
 
Forum Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində baş tutub.
 
Forumda şəhərlərin iqlimə davamlılığı, inklüzivlik, innovativ yanaşmalar və sağlam yaşayış mühitlərinin formalaşdırılması əsas müzakirə mövzuları olacaq.
 
Tədbir çərçivəsində yaşayış sahələrinin əlçatanlığı, post-münaqişə və post-fəlakət bərpası, “yaşıl” tikinti, rəqəmsal innovasiyalar, təbiətə əsaslanan həllər və regional tərəfdaşlıqların gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
 
Forum iqlimədavamlı və sağlam şəhərlərin qurulması istiqamətində regional tərəfdaşlıqlar və innovativ həllərdən istifadə yollarını müzakirə etmək məqsədilə müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icma nümayəndələrini bir araya gətirəcək.
 
Forumda 64 ölkədən 200-dən çox beynəlxalq nümayəndə və ümumilikdə 400-dək dövlət və özəl qurumların nümayəndələrinin, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir. Bu il tədbirdə 1 250-dən artıq iştirak müraciəti qəbul olunub. 17 oktyabrda Bakıda keçiriləcək sessiyaya isə əlavə 500 nəfərin qoşulması gözlənilir.
 
Link kopyalandı!
Son xəbərlər