Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət
170
11:00, Bu gün

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Moderator.az bildirir ki, bu barədə  "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
 
Bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.
 
Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.
 
Link kopyalandı!
Son xəbərlər