Tanınmış vəkilin fəaliyyəti dayandırılıb
Cəmiyyət
368
14 Oct 2025 | 19:25

Tanınmış vəkilin fəaliyyəti dayandırılıb

Tanınmış vəkil Cavidan Osmanlının vəkillik fəaliyyəti dayandırılıb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətində qəbul olunub.

Məlumata əsasən, qərarın verilməsinə səbəb Cavidan Osmanlı barəsində çoxsaylı şikayətlərin Kollegiyaya daxil olmasıdır.

Şikayətlər Vəkillər Kollegiyasının İntizam Komissiyasında araşdırılıb və onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilib. İş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək Cavidan Osmanlının vəkillik fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, 5 saylı Vəkil Bürosunun üzvü olan Cavidan Osmanlı barəsində Pirallahı Rayon Polis İdarəsinə də müraciət edilib.

İlkin iddialara görə, o, təxminən 10-a yaxın şəxsə işə bərpa olunmaqla bağlı sənəd hazırlayacağı və məhkəməyə müraciət edəcəyi vədini verib. Lakin vədinə əməl etməyərək, zərərçəkənlərdən xeyli miqdarda pul alıb.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində cinayət işi üzrə araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər