Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
Cəmiyyət
462
17:15, Bu gün

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 oktyabrda Bakı-Ağstafa, 19 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

ADY-dən Moderator.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

1421223

Link kopyalandı!
Son xəbərlər