20:29
15°C
Bakı
Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deportasiya edilib.
Moderator.az xəbər verir ki, bunu aparıcı Tarix Əliyev "Tarixin bir günü" verilişində deyib:
"Onun yolu hələ yeni açılmışdı, səhnədə uğur qazanmağa başlamışdı, pul qazanırdı. İnsan necə sevinə bilər ki, bir həmkarı deport olunur? Allah heç bir müğənniyə belə bir şey qismət eləməsin. Hətta danışmadıqlarıma da bunu arzulamıram. Hamı çörək pulu üçün ora gedir. Maraqlısı da budur ki, keçərli heç bir səbəb də yoxdur, sadəcə Elvindən xoşları gəlməyib".
Qeyd edək ki, Elvin Babazadə son illər Rusiyada aktiv çıxışları və musiqi layihələri ilə tanınmağa başlamışdı.