Ağdam və
Cəmiyyət
228
14:26, Bu gün

Ağdam və "Araz Vadisi" sənaye parklarına investisiya qoyuluşunun məbləği açıqlanıb

"Bu il oktyabrın 1-dək Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında mövcud rezidentlərə 232 ədəd təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında sahibkarlar sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində ümumilikdə 11 milyon manata yaxın vəsaitlərinə qənaət ediblər".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımlı deyib.
 
O bildirib ki, bu ilin 9 ayında sahibkarlara 133 ədəd təsdiqedici sənəd verilib ki, bu da sahibkarlara 4.2 milyon manat vəsaitlərinə qənaət etməyə imkan verib:
 
"Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar".
 
Link kopyalandı!
Son xəbərlər