Naxçıvanda bu şəxslər təltif edildi - SİYAHI
Cəmiyyət
310
13:32, Bu gün

Naxçıvanda bu şəxslər təltif edildi - SİYAHI

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin  yaradılmasının 105 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Moderator.az xəbər verir ki, Sərəncamda deyilir:
 
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram: 
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə və maliyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
 
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə 
 
Əliyeva Fatma Həmzə qızı
 
Novruzova Bulqeyis Sabir qızı
 
“Rəşadətli əməyə görə” nişanı ilə
 
İmanov Sənan Nəriman oğlu
 
Məmmədova Kifayət Abbasəli qızı
 
Qədimov Məhərrəm Heydər oğlu
 
Sadıqova Xatirə Seyran qızı".
Link kopyalandı!
Son xəbərlər