Bizi sosial şəbəkələrdən izləyin:
“Azərmarka” MMC Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxıb.
ADY-dən Moderator.az-a verilən məlumata görə, markanın üzərində yük qatarı təsvir edilib.
Poçt markasının əsas ideyası "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.
Marka 4 min tirajla çap olunub.