Dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb
Cəmiyyət
284
12:41, Bu gün

Dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb

“Azərmarka” MMC Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxıb.
 
ADY-dən Moderator.az-a verilən məlumata görə, markanın üzərində yük qatarı təsvir edilib.
 
Poçt markasının əsas ideyası "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.
 
Marka 4 min tirajla çap olunub.
 
Link kopyalandı!
Son xəbərlər