Cəmiyyət
436
10:06, Bu gün

"Bu mexanizm vətəndaşları özbaşınalıqdan qoruyur" - İnam Kərimov

"Artıq məhkəmələr yalnız qərar çıxaran deyil, həm də etimad doğuran institutlara çevrilib".
 
Moderator.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində keçirilən "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda beynəlxalq konfransda deyib.
 
Onun sözlərinə görə, məhkəmə hakimiyyətinin məqsədi qanunu ədalətlə, qorxu və ya üstünlük olmadan tətbiq etmək, eyni zamanda, icraedici və qanunverici hakimiyyətlə qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu qorumaqdır:
 
"Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir. Bu mexanizm vətəndaşları özbaşınalıqdan qoruyur, hər kəsin qanun qarşısında məsuliyyət daşımasını təmin edir və qanunun ədalətə sadiq qalmasına zəmanət verir. Eyni zamanda, bu məsuliyyət məhkəmə hakimini vicdanına və peşə etikasına bağlayır. Bundan əlavə, bu, qərəzsizlikdən, yəni ağıl və məntiqi kölgələyən emosiyalardan, simpatiya və antipatiyadan uzaq qərar vermək qabiliyyətini tələb edir".
 
Ali Məhkəmənin sədri vurğulayıb ki, məhkəmə hakimiyyətinin gücü təkcə qanunlarla və institutlarla deyil, həm də bu sistemdə xidmət edənlərin xarakteri və məsuliyyət hissi ilə ölçülür:
 
"Çünki məhkəmə müstəqilliyi məhkəmə zalında başlamır, o, hakimin daxili dürüstlüyü və mənəvi inamından başlanır".
Link kopyalandı!
Son xəbərlər