Bizi sosial şəbəkələrdən izləyin:
Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt QİS məlumat yayıb.
Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar saat oktyabrın 13-də 14:00-dan etibarən Sumqayıt şəhərinin Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.