“Polisə Dəstək” İctimai Birliyi ADPU-nun Cəlilabad filialında maarifləndirici tədbir keçirib
Cəmiyyət
850
14:06, Bu gün

“Polisə Dəstək” İctimai Birliyi ADPU-nun Cəlilabad filialında maarifləndirici tədbir keçirib

“Polisə Dəstək” İB ADPU-nun  Cəlilabad Şəhər filialında “İnsan alveri cinayətlərinə qarşı” maarifləndirici tədbir keçirib.
 
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ADPU-nun Cəlilabad  filialında İnsan alveri cinayətlərinin aradan qaldırılmasına dair maarifləndirici mühazirə-seminar keçirilib.
 
Seminar-mühazirəni giriş sözü ilə institutun direktoru Xudayar Sultanlı açmış və yığınacağın səbəbi ətrafında pedaqoji və tələbə heyətinə məlumat verərək bildirmişdir ki, dünyada artıq insan alveri qurbanlarının — səsləri eşidilir. Onlar görünməz zəncirlərlə bağlanmış və bizdən uzaqlaşdırılmış şəxslərdir. Dünya miqyasında insan alverinin yeni formalara keçməsi, böhranlar və münaqişələr fonunda artması barədə rəqəmlər də artıq var; bu artım hər birimizi daha güclü və koordinasiyalı hərəkət etməyə çağırır.
 
Sonra məruzə üçün sözü layihənin rəhbəri “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevə verilmişdir. 
 
O, İnsan alveri cinayətlərini həssas qrupların şüuruna, ümidinə, gələcəyinə, hüquq və azadlıqlarına edilən qəsd kimi qiymətləndirmiş, qurbanların müdafiəsini zəruri hesab etmişdir.
 
Şəmsəddin Əliyev bu cinayətlərə qarşı sistemli olaraq üç əsas sütun üzərində mübarizə aparmasını vurğulamışdır: profilaktika, müdafiə və cinayətkarların təqibi. Prosecution (məhkəmə, təqib), Protection (qurbanların qorunması) və Prevention (qorunma) — faktorları uzunmüddətli və effektiv strategiyanın əsasıdır- deyə iştirakçılara bildirmişdir. Hər sütun bir-birini gücləndirməli, müdafiə olmadan təqibin effekti olmadığını, profilaktika aparılmadan da, qurbanların sayının azalmadığını iştirakçıların diqqətinə çatdırmışdır. 
 
Aşağıdakı konkrekt addımların da atılması vacib elementlərdəndir, - deyə Ş.Əliyev vurğulamışdır.
 
1. Qurbanları hüquq-mühafizə orqanlarının təqibi obyekt yox, yardıma ehtiyacı olan şəxslər kimi tanımaq; tibbi, psixososial və hüquqi xidmətlərə dərhal yönləndirmək; və onların təhlükəsizliyini prioritet etmək. Bu, reinteqrasiya uğurunun başlanğıcıdır. 
 
2. Qanunvericilik bazasının və təqib mexanizmlərinin gücləndirilməsi: Qurbanların hüquqları qorunmalı, həm də mənbə və tranzit-zəncirlər üzrə təqib üçün beynəlxalq əməkdaşlıq genişləndirilməlidir. Beynəlxalq müqavilələri bu sahədə yol xəritəsi kimi qəbul etmək olar. 
 
3. Risklərin azalması məqsədilə maarifləndirməni genişləndirmək. Uzaq bölgələrdə, məktəblərdə, iş yerlərində və onlayn platformalarda insan alverinin mexanizmləri haqqında davamlı təbliğat, riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər və vətəndaşların yardım xətlərindən xəbərdar edilməsi.
 
4. Məlumat və monitorinq: Qurbanların real statistikasını, istismarın növlərini və trendləri izləmək üçün güclü məlumat sistemləri lazımdır. Yalnız düzgün məlumat əsasında siyasət və proqramlar effektiv olur. 
 
5. Qurbanların Reinteqrasiya proqramları onların seçimləri və ehtiyacları nəzərə alınmaqla tərtib edilməlidir. 
Layihə üzrə ekspert-qismində çıxış edən, hüquqşünas Aydın Kərimov qeyd etdi ki, insan alveri cinayətlərinin qurbanları bizdən sadəcə yardım və ədaləti tələb etmir — onlar həm də, ümid və ikinci şans istəyirlər. Bizim öhdəliyimiz isə qurbanı qorumaq, qayğı ilə təqib etmək və gələcəkdə belə halların baş verməməsi üçün ümumi maraqlara cavab verən sistem yaratmaqdır. Bu iş tək bir qurumun yox, hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, biznes və hər bir fərdin birlikdə fəaliyyətini tələb edir.
 
Tədbirdə Cəlilabad ŞPŞ – in İTB-nin rəisi, polis mayoru A.Atakişiyev, psixoloq K.Sultanlı və digərləri insan alveri cinayətlərinin insanlıq ləyaqətinə zidd olduğunu, qurbanların yenidən cəmiyyətə qaytarması üçün — hər birimizin mənəvi və praktik məsuliyyət daşımaqları barədə məlumat verdilər.
 
Sonda cəmiyyətə mesaj olaraq – “ Hər bir qurban üçün ədalət, dəstək və ümid yolları açaq” – şüarını səsləndirilməsi tövsiyə edilmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər