Televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlandı
Cəmiyyət
189
14:08, Bu gün

Televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlandı

2025-ci ilin üçüncü rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
 
Belə ki, Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin üçüncü rübü (iyul, avqust və sentyabr ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:
 
21,8 % - informasiya və analitik proqramlar
 
17,2 % - musiqi və əyləncəli proqramlar
 
15,9 % - idman proqramları
 
15,2 % - bədii filmlər və seriallar
 
10,0 % - reklam məzmunlu materiallar
 
8,1 % - mədəni-maarif janrında proqramlar
 
3,6 % - anonslar və elanlar
 
3,3 % - sənədli film və materiallar
 
2,3 % - sosial proqramlar
 
1,4 % - sosial çarxlar
 
1,2 % - uşaq proqramları və cizgi filmləri
Link kopyalandı!
Son xəbərlər