Bu gün Yasamalda qaz olmayacaq
Cəmiyyət
581
09:46, Bu gün

Bu gün Yasamalda qaz olmayacaq

Bu gün Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişində fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 
Bildirilib ki, Yasamal rayonunun Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar bu gün 10:00-dan işlər tamamlananadək qaz təchizatı dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T.Xəlil, M.İbrahimov, M.Muxtarov və İçərişəhər küçəsinin, eləcə də Azərbaycan prospektinin qaz təchizatında fasilə yaranacaq.
 
 
Link kopyalandı!
Son xəbərlər