Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT - FOTO
Cəmiyyət
677
10 Oct 2025 | 16:35

Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT - FOTO

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni baş direktoru seçilib.

Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov seçilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT

Link kopyalandı!
Son xəbərlər