Ramil Həsən deputat fəaliyyətini dayandırır
Cəmiyyət
368
12:18, Bu gün

Ramil Həsən deputat fəaliyyətini dayandırır

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.
 
Moderator.az-ın xəbərinə görə, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.
 
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.
 
Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.
 
Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub. /APA/
 
Link kopyalandı!
Son xəbərlər