Bakıda saxlanılan “Sputnik Azərbaycan”ın direktoru azadlığa buraxıldı
Cəmiyyət
539
11:46, Bu gün

Bakıda saxlanılan “Sputnik Azərbaycan”ın direktoru azadlığa buraxıldı

Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant” nəşrinə açıqlayıb.
 
Uşakovun sözlərinə görə, məsələ ilə bağlı danışıqlar əsasən prezidentlərin köməkçiləri səviyyəsində aparılıb. Məlumata görə, Yuri Uşakov Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə birbaşa təmasda olub və qərar Putin və Əliyevin Düşənbədə görüşündən bir gün əvvəl qəbul edilib.
 
Mənbənin bildirdiyinə görə, Rusiya tərəfi də öz növbəsində ölkə ərazisində saxlanılan azərbaycanlılardan birini azad edib.
Link kopyalandı!
Son xəbərlər