“WhatsApp”da yeni yazışma üsulu istifadəyə verildi
Cəmiyyət
496
08:15, Bu gün

“WhatsApp”da yeni yazışma üsulu istifadəyə verildi

"WhatsApp" statuslarla bağlı yenilik üzərində işləyir.
 
"WhatsApp" status yeniləmələrinə "Status sualları" əlavə etmək və "Instagram"da olduğu kimi dostlardan şəxsi cavablar almaq imkanı verən yeni funksiyanı istifadəyə verib. Yenilik "WhatsApp"ın beta versiyasında müşahidə edilib. "Instagram"ın sual qutusu funksiyasını xatırladan bu yenilik status yeniləmələrini daha maraqlı etmək məqsədi daşıyır. Yeni funksiya ilə istifadəçilər status yeniləmələrinə sual əlavə edərək dostlarından rəy və ya cavab ala biləcəklər.
 
Sual qutusuna verilən cavabları yalnız statusu yazan şəxs oxuya biləcək. (Metbuat.az)
Link kopyalandı!
Son xəbərlər