Azad edilmiş ərazilərdə 800-ə yaxın şəxsə aid qalıqlar tapılıb
Cəmiyyət
926
09 Oct 2025 | 16:50

Azad edilmiş ərazilərdə 800-ə yaxın şəxsə aid qalıqlar tapılıb

İşğaldan azad edilmiş ərazilərdə 800-ə yaxın şəxsə məxsus sümük qalıqları müəyyən edilib.

Moderator.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, indiyədək 187 şəhidin qalıqları ailələrinə təhvil verilib.

Link kopyalandı!
Son xəbərlər