DTX rəisi:
Cəmiyyət
158
11:39, Bu gün

DTX rəisi: "Süni intellekt cinayətlərinə qarşı mübarizə gücləndirilir"

DTX tərəfindən süni intellektdən istifadə edilməklə həyata keçirilən cinayət əməllərinə, xüsusilə təxribat hallarına qarşı mübarizə istiqamətində hüquqi, həmçinin texniki-texnoloji tədbirlər həyata keçirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “CIDC 2025” kibertəhlükəsizlik festivalının iştirakçılarına müraciətində deyib.
 
O bildirib ki, Son zamanlar süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan maraqlar bütün sahələrdə müşahidə edilir:
 
“Süni intellektin inkişafı ilə yanaşı, onun cinayət məqsədləri üçün istifadəsinə dair maraqlar da artmaqdadır. Müasir dövrdə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi hər bir dövlət üçün əsas prioritetlərdən biri və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Təcrübə göstərir ki, dövlətlərin ictimai-siyasi sabitliyini və iqtisadi inkişafını hədəf alan kibertəhdidlər getdikcə daha mürəkkəb, daha məqsədyönlü olmaqla, transsərhəd imkanlarını sürətlə genişləndirməkdədir. Son illər baş verən kiberinsidentlər nəticəsində beynəlxalq hava limanları, enerji və su təchizatı sistemləri, eləcə də maliyyə sistemlərinin iflic vəziyyətə düşdüyünün şahidi oluruq".
 
Link kopyalandı!
Son xəbərlər