Bizi sosial şəbəkələrdən izləyin:
“Bakı Metropoliteni” QSC-də əməkhaqqı ödənişləri Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əməkhaqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir".
Moderator.az xəbər verir ki, bu barədə QSC-dən bildirilib.
Qeyd edilib ki, ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur:
“Prezidentin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Sözügedən Sərəncamın icrasından irəli gələrək, “Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilib, minimum əməkhaqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əməkhaqqına tətbiq edilib. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur".
Bildirilib ki, əmək haqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər:
“Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyildir. Əməkhaqqı məbləğlərinə dair hər hansı dəyişiklik və ya yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaq”.