DTX rəisi:
Cəmiyyət
317
10:47, Bu gün

DTX rəisi: "İtkin şəxslərlə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb"

"Hazırda 3 800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılaraq sistemləşdirilib".
 
Moderator.az-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransda bildirib.
 
O qeyd edib ki, mütəxəssislər itkin düşmüş şəxslərin böyük əksəriyyətinə aid bioloji nümunələrin toplanılmasını müsbət qiymətləndirirlər:
 
"Vurğulamalıyam ki, itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Dövlət Komissiyasının qarşısında duran ən ümdə vəzifələrdəndir".
 
Link kopyalandı!
Son xəbərlər