Bakı metrosunda qatarlar gecikir:
Cəmiyyət
302
08:44, Bu gün

Bakı metrosunda qatarlar gecikir: "Hətta tunellərdə də dayanmışıq"

Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində ləngimələr olub.
 
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətlər yazılıb.
 
Sərnişinlərdən biri qeyd edib ki, bu gün səhərdən qatarlar bütün stansiyalarda normadan artıq dayanıb.
 
"Hətta stansiyalararası tunellərdə də dayanmışıq", - deyə sərnişin yazıb.
 
Digər sərnişin isə yazıb: "Qatar niyə tərpənmədən, qapıları bağlamadan altı dəqiqə, düz altı dəqiqə stansiyada dayanmalıdır?"
 
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu verilib. Hələlik qatarların ləngimə səbəbi məlum deyil. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər