Bu ərazilər qazsız qalacaq
Cəmiyyət
944
08 Oct 2025 | 19:35

Bu ərazilər qazsız qalacaq

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən Moderator.az-a verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

Link kopyalandı!
Son xəbərlər