Məktəbli it dişləməsindən həyatını itirib? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
202
18:32, Bu gün

Məktəbli it dişləməsindən həyatını itirib? - RƏSMİ AÇIQLAMA

Tovuzda it dişləyən məktəblinin bir ay sonra xəstəxanada həyatını itirməsinə rəsmi münasibət açıqlanıb.
 
Moderator.az xəbər verir ki, Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) oktyabrın 5-də saat 19:10-da Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
"Müayinələr və klinik qiymətləndirmə nəticəsində pasiyentə quduzluq diaqnozu təyin olunub, o, Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Təəssüf hissi ilə bildiririk ki, aparılan reanimasiya tədbirlərinə baxmayaraq, oktyabrın 7-də saat 12:10-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
 
Ailə üzvləri meyitin tibbi-patoloji yarılmaya (təşrih) göndərilməsindən imtina ediblər.
 
Qeyd edək ki, həmin şəxs ilkin olaraq oktyabrın 4-də saat 22:50-dəTovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib. Ona ilkin tibbi xidmət göstərilib, hiperqlikemiya və proteinuriya diaqnozları təyin olunub. Eyni zamanda, azyaşlıda halsızlıq, qorxu hissi və halüsinasiya halları müşahidə olunub.
 
Sağlamlıq vəziyyəti dəyərləndirildikdən sonra stasionar müalicə tövsiyə edilsə də, valideynləri bundan imtina edərək pasiyenti Bakı şəhərində yerləşən tibb müəssisəsinə aparıblar. Valideynlər azyaşlının anamnezində it dişləmə faktını qeyd etməyiblər", - deyə məlumatda bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər