Əlisəmid Kürün həyat yoldaşı:
Cəmiyyət
202
15:26, Bu gün

Əlisəmid Kürün həyat yoldaşı: "Xəstəxanadan evə buraxdılar, indi nəzarətsiz vəziyyətdədir"

"Həyat yoldaşımın səhhəti normaldır, danışır, huşu yerindədir. Sadəcə qidalanması zəifdir".
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında şair Əlisəmid Kürün həyat yoldaşı Mətanət Mehdiyeva deyib.
 
O, bildirib ki, beş gündür həyat yoldaşı evdədir.
 
"Qan analizi vermişik, onun nəticəsini gözləyirik",- deyə Mətanət Mehdiyeva əlavə edib.
 
Əlisəmid Kürün xəstəxanadan evə buraxılması səbəbi barədə Mətanət Mehdiyeva belə deyib: "Xəstəxanada olanda həkim qızıma demişdi ki, atanızı aparın, bir-iki saat ömrü qalıb. Xərçəng metastaz verib, uzağı iki gün yaşayar. Hazırda həyat yoldaşım nəzarətsiz vəziyyətdədir".
 
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, Respublika Diaqnostika Mərkəzində və Respublika Klinik Xəstəxanasında müalicə olunduqdan sonra evə buraxılıb.
 
 
Link kopyalandı!
Son xəbərlər