Azərbaycanda helikopterlərlə qızıl axtarışlarına, yəni aeroelektromaqnetik tədqiqatlara start verilib. Tədqiqatlar Daşkəsən və Göygöl rayonlarında aparılır.
Qızılın geoloji kəşfiyyatda prioritet olması onun nadirliyi, iqtisadi dəyəri və əhəmiyyəti ilə bağlıdır. "AzerGold" QSC tərəfindən həyata keçirilən axtarışların əsas məqsədi sadəcə qızıl tapmaq deyil. Yeni perspektivli sahələrin müəyyənləşdirilməsidir, bu yerin səthinə fiziki müdaxilə etmədən daha müasir, sürətli və azmaliyyəli metodla həyata keçirilir.
Pilot Elvin Süleymanov qeyd edib ki, təyin olunmuş trayektoriya üzrə məlumatlar toplanır:
"Müəyyən olunmuş hündürlükdə və sürəti saxlamaqla bu ölçülər həyata keçirilir. Hazırda bizə bağlanan cihaz vasitəsilə ölçü həyata keçiririk. Aeroelektromaqnetik sistemlər çox həssas olduğundan uçuş zamanı biz vibrasiya və manevrləri minimuma endirməyə çalışırıq".
Daha ətraflı AzTV-nin videosüjetində: