12:26
0°C
Bakı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Xocavənd rayonunun Hadrut qəsəbəsində mobil bazası yaradılacaq.
Moderator.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Agentlik sözügedən işlərin icrasını "Şəmkir Tikinti-18" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, ASC-yə 1.9 milyon manat ödənilib.