Bakı Dairəvi yolunun köməkçi hissəsində təmir işləri aparılır - VİDEO
213
15:06, Bu gün

Bakı Dairəvi yolunun köməkçi hissəsində təmir işləri aparılır - VİDEO

Vətəndaşların təhlükəsiz və rahat hərəkətinin təmin olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dairəvi avtomobil yolunun köməkçi hissəsində təmir işləri aparılır.
 
Bu barədə Moderator.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, təmir işləri yolun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsindən başlayaraq Moskva prospektinədək olan, ümumi uzunluğu 1 580 metr təşkil edən hissəsini əhatə edir.
 
Qeyd edək ki, bir müddət əvvəl bu ərazidə kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılıb, ardınca əks-dolğu işləri yerinə yetirilmiş və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Hazırda isə qazılmış hissənin mövcud asfalt-beton örtüklə eyni səviyyəyə gətirilməsi məqsədilə aşınma lay asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri görülür.
 
Təmir işlərinin 9 oktyabr saat 24:00-a dək tamamlanması planlaşdırılır.
 
Sürücülərdən göstərilən yol sahəsində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi şəkildə riayət etmələri xahiş olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər