Ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə artıb - RƏSMİ
Cəmiyyət
467
14:43, Bu gün

Ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə artıb - RƏSMİ

"Ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox yüksəlib".
 
Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov QDİƏT PA Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında bildirib.
 
Ziyafət Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, təkbaşına öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edərək tarixi ədaləti bərpa edib.
 
Vitse-spiker qeyd edib ki, hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpa quruculuq işləri, o cümlədən regional əməkdaşlığa xidmət edən infrastruktur layihələri, xüsusən də nəqliyyat layihələri həyata keçirilməkdədir. “Zəngəzur dəhlizi istiqamətdə mühüm işlər görülməkdədir”, - o vurğulayıb. /Ölkə.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər