Yadigar Muradov süni tənəffüs aparatına qoşulub - Oğlu son vəziyyətindən danışdı
Cəmiyyət
434
12:16, Bu gün

Yadigar Muradov süni tənəffüs aparatına qoşulub - Oğlu son vəziyyətindən danışdı

“Atam hazırda süni tənəffüs aparatına qoşulub. Ayıq vəziyyətdə olanda boğulma baş verir, buna görə də müalicəni davam etdirmək mümkün olmur”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov bildirib.
 
Onun sözlərinə görə, atasının ürəyində də problem var və bu səbəbdən səhhəti qəfil pisləşib:
 
“Atamın boğazındakı şişlər metastaz verdiyi üçün nəfəs almaqda çətinlik çəkir. Ona görə həkimlər onu yatızdırıblar ki, heç olmasa bu vəziyyətdə müalicə aparsınlar. Bu gün və ya sabah oyadılması planlaşdırılır. Əgər yenidən boğulma halları təkrarlansa, əməliyyat olunacaq və qırtlaq hissə götürüləcək”.
 
Yaşar Muradov əlavə edib ki, müalicə xərcləri yüksəkdir və bütün xərcləri ailə öz vəsaiti hesabına qarşılayır:
 
“Bundan sonra bizi nə gözlədiyini bilmirik. Hələlik heç bir maddi dəstək almamışıq. Dövlətin yardımına ehtiyacımız var. Atamın müalicə xərclərinin ödənilməsi üçün kömək göstərilməsini xahiş edirik”.
 
Qeyd edək ki, tanınmış aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur. O, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər