Bizi sosial şəbəkələrdən izləyin:
Bir neçə ölkədə olan epizootik vəziyyətlə bağlı Azərbaycanda bəzi məhdudiyyətlər tətbiq olunub.
Moderator.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monteneqronun Biyelo-Polye şəhərində, Rumıniyanın Qorj bölgəsində, Serbiya Respublikasının Moraviç, Rasina dairələrində, Bosniya və Herseqovinanın Serb Respublikasında blutanq xəstəliyi, Yunanıstan Respublikasının Attika, Afon Dağı inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.
Amerika Birləşmiş Ştatlarının Montana ştatında, İspaniya Krallığının Madrid muxtar icmasında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qeyd edilib ki, eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.