Əmək pensiyasının təyin edilməsi qaydasına əlavələr edildi
489
06 Oct 2025 | 10:40

Əmək pensiyasının təyin edilməsi qaydasına əlavələr edildi

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əlavələr edilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.
 
Link kopyalandı!
Son xəbərlər