Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı:
Cəmiyyət
410
18:54, Bu gün

Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı: "Qoymayın ölüm, qızlarım var"

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində gözlərini itirmiş Pərvin Qasımova Baku TV-yə müsahibə verib.

O, hücumun baş verdiyi gün və daha sonra yaşadıqlarından danışıb.

"Anamgildə idim. Səhər oyanıb çörək almağa getdim. Qayıtdıqdan 10 dəqiqə sonra hadisə baş verdi. Səs eşidib, pəncərəyə doğru getdim. Ondan sonra baş verənləri xatırlamıram, hamısını anam mənə danışıb", - deyə P.Qasımova söyləyib.

Gəncə terrorunun qurbanı huşu özünə qayıdanda öləcəyini düşünüb, kəlimeyi-şəhadət gətirdiyini deyib:

"Həkim haramın ağrıdığını soruşanda barmaqlarımı hiss etmədiyimi söylədim. Bir də dedim ki, məni ölməyə qoymayın, qızlarım var. Üzüm sarğıda olduğu üçün ilk vaxtlar görmədiyimi bilmirdim. Həkimlər sarğını açanda öyrəndim ki, artıq görmürəm".

Daha ətraflı Baku TV-nin süjetində:

 

Link kopyalandı!
Son xəbərlər