Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Cəmiyyət
611
16:43, Bu gün

Əlisəmid Kürün vəziyyəti ağırlaşıb

Şair Əlisəmid Kürün (Cəfərli) vəziyyəti ağırlaşıb və o, xəstəxanadan evə gətirilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə şairin qızı Aynur Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti hazırda ağırdır.

“Bu gün evə buraxılıb, vəziyyəti ağırdır”, – deyə o bildirib.

Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.

Link kopyalandı!
Son xəbərlər