Cəbrayılın işğaldan azad edilməsindən beş il ötür
Cəmiyyət
660
00:28, Bu gün

Cəbrayılın işğaldan azad edilməsindən beş il ötür

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.

Moderator.az xatırladır ki, 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır - bir neçə ərazimiz işğaldan azad edilir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün "X" səhifəsində xalqımızın torpaq itkisi kədərini azadlıq sevinci ilə əvəzləyən xəbəri verir. Ölkə başçısı Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan tam azad etdiyini açıqlayır. Həmçinin, dövlət başçısı xalqa müraciətində Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.

Link kopyalandı!
Son xəbərlər