40 yaşlı Ronaldu Portuqaliya yığmasının oyunlarına çağırıldı
Cəmiyyət
371
03 Oct 2025 | 22:49

40 yaşlı Ronaldu Portuqaliya yığmasının oyunlarına çağırıldı

"Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün Portuqaliya yığmasına çağırılıb.
 
Bu barədə Portuqaliya millisinin Mətbuat Xidməti məlumat yayıb.
 
Qeyd edək ki, yığma komanda oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də isə Macarıstan milliləri ilə qarşılaşacaq.
 
Portuqaliya yığması iki turdan sonra altı xalla F qrupunda liderdir. 40 yaşlı Ronaldu yığmada keçirdiyi 223 matçda 141 qol vurub və 45 məhsuldar ötürmə verib.
Link kopyalandı!
Son xəbərlər