Astarada intensiv yağışlar körpünü qəzalı vəziyyətə saldı – 2 500 sakin alternativ yollar axtarır
Cəmiyyət
394
22:00, Bu gün

Astarada intensiv yağışlar körpünü qəzalı vəziyyətə saldı – 2 500 sakin alternativ yollar axtarır

Astarada yağan güclü və intensiv yağışlar nəticəsində rayonun Sərək kəndindəki körpü qəzalı vəziyyətə düşüb. Bu hal Sərək və Deqədi kəndlərinin 2 500-ə yaxın sakinin gündəlik hərəkətində ciddi problemlər yaradıb.
 
Təxminən 5 metr eni və 20 metr uzunluğu olan körpünün dağılması ilə əlaqədar kənd camaatı çətin vəziyyətlə üzləşib. Sakinlər xüsusilə uşaqları məktəbə aparmaqda çətinlik çəkdiklərini bildirirlər. Kənd sakini qeyd edib ki, sentyabrın 20-də baş verən təbii fəlakətdən sonra körpü yararsız hala düşüb və valideynlər uşaqları məktəbə aparmaq üçün hər gün işlərindən qalmalı olurlar.
 
Digər bir sakin isə rayon mərkəzinə getmək üçün qarşılaşdıqları problemi dilə gətirib: "Körpü dağılıb, yolumuz yoxdur. Evlərimizə gedə bilmirik. Alternativ yol da yoxdur. Rayon mərkəzinə çatmaq üçün təxminən 20 kilometr dövr etmək məcburiyyətindəyik."
 
Məsələ ilə bağlı Sərək kənd bələdiyyəsinin sədri Mehman Quliyev vəziyyətə aydınlıq gətirib. Sədr bildirib ki, sözügedən körpünün təmir-bərpa işlərinə başlanılacaq və onun 10-12 gün ərzində əvvəlki vəziyyətinə qaytarılması planlaşdırılır.
 
Hazırda aidiyyəti qurumlar tərəfindən körpünün bərpası üçün zəruri addımlar atılır.
 
Daha ətraflı Baku TV-nin süjetində:
 

 

Link kopyalandı!
Son xəbərlər