DİM Baş Prokurorluq tərəfindən sənədləri qəbul edilmiş namizədlərə müraciət etdi
Cəmiyyət
165
12:50, Bu gün

DİM Baş Prokurorluq tərəfindən sənədləri qəbul edilmiş namizədlərə müraciət etdi

Oktyabrın 10-da prokurorluq orqanlarına işə qəbul imtahanı keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən sənədləri qəbul edilmiş namizədlər 3 oktyabrdan 7 oktyabr saat 23:59-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçməli və 8 oktyabrdan etibarən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

İmtahan saat 10:00-da Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin elektron imtahan korpusunda keçiriləcəkdir. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

Link kopyalandı!
Son xəbərlər