Bizi sosial şəbəkələrdən izləyin:
"Bu qurumlar yaranıb, yeniliklər edilib. Əgər təkmilləşməyə ehtiyac olacaqsa, bu, cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir".
Moderator.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov TƏBİB və Səhiyyə Nazirliyinin birləşdirilməsi ehtimalından danışarkən deyib.
Deputat bildirib ki, bununla bağlı hökumət, dövlət hər hansısa qərar verəcək: "Dövlət strukturlarında islahatlar gedir. Həmçinin, regional sahədə də islahatların aparılması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Hesab edirəm ki, bunlar hamısı kompleks şəkildə öz həllini tapacaq".