Bizi sosial şəbəkələrdən izləyin:
“Bizim Cəbiş müəllim” filmininin uğurlu alınmasının səbəbi əlbəttə ki, həm mövzu, həm aktyor ansamblı, həm də rejissor peşəkarlığı idi. Burada həm müharibə mövzusu üstünlük təşkil edirdi, həm də hadisələrə yumoristik baxış var idi. Aktyorlar da gözəl oynayırdılar. Orada bir çox səhnə improvizə idi. Əliağa Ağayev, Nəsibə Zeynalova olan səhnələrdə necə improvizə olmaya bilərdi? Filmin musiqisi də çox məşhurlaşdı. Bu gün də filmi izləyəndə atamın ruhunu hiss edirəm. Düynasını dəyişmiş qardaşımı, bacım Məryəm xanımı həmin filmdə görürəm. Çox qarışıq hisslər yaşayıram. Üstündən uzun illər keçib, amma yenə də filmdəki ifadələr aforizmə çevrilib, hamının dilində əzbərdir. Əsl sənət budur, heç vaxt ölmür”
Bunu Moderator.az-a açıqlamasında görkəmli rejissor Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli deyib.
O daha sonra “Bizim Cəbiş müəllim” filmi ilə kino sahəsində məşhurlaşan xalq artisti Şəfiqə Məmmədovadan danışıb:
“O xanımdır, mən onun haqqında danışmaq istəmirəm. Ona görə ki, atam 80-ci ildə rəhmətə gedib, o illərdən bu günə qədər bir dəfə də olsun atamla bağlı tədbirlərdə, anım günlərində çıxış etməyib, məzarı üstünə gedib gül dəstəsi qoymayıb. Atamın 100 illik yubileyində də gəlmədi. Şəfiqə xanım fikirləşmir ki, o “Bizim Cəbiş müəllim” filmi ilə məşhurlaşıb. O başqa rejissorları yada salır, başqa filmlərindən danışır, amma atamdan, “Bizim Cəbiş müəllim” dən danışmır. Həmin sözü mən xalq artisti Rasim Balayev haqda deyə bilmərəm. Çünki o həmişə atamı yad edir. “Nəsimi” filmi üçün atam Rasim Balayevə görə mübarizə aparıb. Rasimin şah əsəri elə “Nəsimi” filmidir” deyə sənətkarın oğlu bildirib.
Qeyd edək ki, Ziya Seyidbəyli “Bizim Cəbiş müəllim” filmində Namiq rolunu oynayıb.