Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət
179
22:02, Bu gün

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Qaz xətti üzərində siyirtmənin quraşdırılması ilə bağlı 03.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatana qədər Xətai rayonunun Cavanşir küçəsindəki daşıyıcı qaz xəttində qaz təchizatı dayandırılacaq.

Moderator.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Sadıqcan, 8 Noyabr, Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Link kopyalandı!
Son xəbərlər