Muğan rayonlarında bu il pambıq yığımı hava şəraitinə görə gec başlayıb
Cəmiyyət
645
02 Oct 2025 | 21:05

Muğan rayonlarında bu il pambıq yığımı hava şəraitinə görə gec başlayıb

Muğan bölgəsinin Biləsuvar və İmişli rayonlarında pambıq tarlalarında yığıma başlanılıb.
 
"Report"un Muğan bürosunun məlumatına görə, yığım əsasən maşınlarla aparılır.
 
Fermerlərin sözlərinə görə, pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə əvvəlcə defolvasiya işləri görülüb. Bu il ötən illə müqayisədə hava şəraitinə görə yığım bir həftəyə yaxın gecikib.
 
Qeyd edək ki, bu il Biləsuvar rayonunda 9 865 hektar sahədə, İmişli rayonunda isə 7 898,9 hektar sahədə pambıq əkilib. Ötən il isə Biləsuvar rayonunda 6 915,8 hektar sahədə, İmişli rayonunda 7 033,7 hektar sahədə pambıq becərilib.
 
Hazırda məhsul yığımı davam edir.
Link kopyalandı!
Son xəbərlər