Kredit faizləri bu regionlarda daha yüksəkdir
Cəmiyyət
693
02 Oct 2025 | 20:53

Kredit faizləri bu regionlarda daha yüksəkdir

Bu ilin 8 ayında banklar tərəfindən ayrılan 28 milyard 705 milyon manat kreditin 21,8 milyard manatı paytaxtın payına düşüb.

Moderator.az xəbər verir ki, ən ucuz fazili kreditlər də məhz Bakıda (12,63%) verilib.

Regionlarda kredit faizləri 20%-ə yaxınlaşıb. Bu göstəriciyə görə ilk beşlikdə Dağlıq Şirvan (19,95%), Mil-Muğan (19,88%), Lənkəran-Astara (19,65%), Qarabağ (19,64%) və Şirvan-Salyan (19,59%) iqtisadi rayonları yer alıb.

Link kopyalandı!
Son xəbərlər