21:10
16°C
Bakı
Məlum olduğu kimi, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Elm və Təhsil Nazirliyi bəyanat yayaraq xəbərdarlıq edib ki, bu münasibətlə müəllimlər üçün məktəblərdə pul yığılması, hədiyələr alınması qəti qadağandır. Hətta məktəblərdə bununla bağlı elanlar da vurulub. Amma o da məlumdur ki, kimlərsə müəllimə konvert verir və yaxud müəllimin kart hesabına pul köçürməklə bu qadağanı pozurlar və heç kimin də xəbəri olmur.
Bəs vətəndaşlarımız necə düşünür - müəllimlər üçün pul yığılmalı, hədiyyə alınmalıdırmı? Bunu doğru hesab edirlərmi?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik: