Gəncədə yağıntılar fəsadlara yol açdı – iri gölməçələr yarandı (VİDEO)
Cəmiyyət
691
19:35, Bu gün

Gəncədə yağıntılar fəsadlara yol açdı – iri gölməçələr yarandı (VİDEO)

Gəncə şəhərinə dünən gecə saatlarından yağan aramsız yağışlar bir sıra problemlərə səbəb olub.
 
Moderator.az xəbər verir ki, şəhərin Məhsəti və Avtozavod qəsəbələrinin yolları keçilməz vəziyyətə düşüb, iri gölməçələr yaranıb. Bu səbəbdən avtomobillərin hərəkətində ciddi çətinliklər müşahidə olunur. Hazırda da Gəncədə yağışlı hava şəraiti davam edir.
 
Məlumat üçün bildirək ki, Gəncədə yerləşən 2 saylı Regional “ASAN xidmət” mərkəzinin arxasında yolun hərəkət hissəsində iri su gölməçələri əmələ gəlib. Qeyd edək ki, həmin ərazidə əvvəllər bu cür hal müşahidə edilməyib.
 
Digər tərəfdən, Cavad Xan qəsəbəsinin yollarında isə demək olar ki, hər yağışdan sonra analoji problemlər yaşanır.

 

Link kopyalandı!
Son xəbərlər