Xərçəngin müalicəsi tibbi sığortaya daxil ediləcək? - AÇIQLAMA
Cəmiyyət
676
15:20, Bu gün

Xərçəngin müalicəsi tibbi sığortaya daxil ediləcək? - AÇIQLAMA

"Bununla bağlı Milli Məclisdə bir neçə dəfə məsələ qaldırılıb. Onkoloji xəstəliklər son vaxtlar geniş yayılmış xəstəliklərdən biridir".
 
Moderator.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novrzuov deyib. O bildirib ki, bu xəstəliyin müalicəsi həddindən çox vəsait tələb edir:
 
"Ona görə onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya əlavə edilməsi çox vacibdir. Həmçinin, bir neçə dəfə parlamentdə bununla bağlı dinləmə keçirilib. Güman edirəm ki, 2026-cı ilin dövlət büdcəsi layihəsində yenidən bu məsələyə toxunulacaq".
 
Link kopyalandı!
Son xəbərlər