Bakıda daha bir söküntü başladı - Sakinlər narazıdır
Cəmiyyət
747
14:10, Bu gün

Bakıda daha bir söküntü başladı - Sakinlər narazıdır

Paytaxtın Dərnəgül ərazisində Şahmar Ələkbərov küçəsinin arxa hissəsində yerləşən evlər sökülmək üzrədir.
 
Həmin küçədəki bir çox evlərin üzərində xüsusi nişanlar qoyulub. Bu işarələr yerli icra hakimiyyətinin tapşırığı ilə evlərin ölçülməsi və qeydiyyata alınması məqsədilə çəkilib.
 
Sakinlərin sözlərinə görə, artıq evlərin sahələrinin ölçülməsi prosesinə başlanılıb. Lakin bəzi vətəndaşlar bu ölçmələrin yalnız daxildən aparılmasını uyğun hesab etmirlər.
 
Onlar bildirirlər ki, sahələr kiçik olduğundan yalnız daxili ölçmələrlə dəqiq nəticə əldə etmək mümkün deyil:
 
"Bu ərazidəki evlərin əksəriyyəti hüquqi sənədlərlə rəsmiləşdirilməyib. Buna baxmayaraq, ölçmə işləri aparılsa da, sakinlərə kompensasiya məsələsi ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib". /Milli.az/
Link kopyalandı!
Son xəbərlər