Elnur Nəsibov vəzifəsindən ayrıldı
Cəmiyyət
173
01 Oct 2025 | 23:50

Elnur Nəsibov vəzifəsindən ayrıldı

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifəsindən azad edilib.

Moderator.az xəbər verir ki, bu haqda E. Nəsibov sosial şəbəkə hesabında məlumat yayıb.

“5 illik fəaliyyətimdən sonra təhsil sistemindən ayrılıram. Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram!”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da işdən çıxarılıb.

Link kopyalandı!
Son xəbərlər